Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat edib

  • By admin
  • 22 Yanvar 2022 18:38

Rusiyanın birinci prezidenti Boris Yeltsinin şəxsi fotoqrafı kimi çalışmış Dmitri Donskoy 86 yaşında Moskvada vəfat edib.

Gununsesi.info-nun APA-ya istinadla xəbərinə görə, yaxınları bildirib ki, Dmitri Donskoy uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

D. Donskoy 1991-1997-ci illərdə Yeltsinin şəxsi fotoqrafı kimi çalışıb. Yeltsinlə çalışmağa başlamazdan əvvəl Donskoy ölkənin ən yaxşı idman fotomüxbirlərindən biri olub. O, RİA “Novosti” informasiya agentliyində çalışıb. D. Donskoy 160-dan çox beynəlxalq mükafata, o cümlədən Beynəlxalq Jurnalistlər İttifaqının Beynəlxalq Press Foto Ustası, Beynəlxalq Foto İncəsənət Assosiasiyasının (FIAP) və nüfuzlu World Press Photo “Qızıl göz” mükafatına layiq görülüb.

 

Gununsesi.info