Yeni rüsumlar qiymətlərə təsir edəcək –  Vahid Əhmədov

  • By admin
  • 10 Noyabr 2021 14:44

“Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır:

“Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. “Dövlət rüsumu haqqında” qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır”.

Gununsesi.info