Gununsesi.info xəbər verir ki, yeni yaradılan Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Agentliyin sədir ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qoşqar Təhməzli təyin olunub.

Məlumata görə, agentliyin mətbuat katibi vəzifəsini Bakı Dövlət Universitetinin Televiziya və radiojurnalistikası kafedrasının müdiri, filologiya elmləri namizədi Aynur Kərimova icra edəcək. Aynur Kərimova təyinatı ilə bağlı məlumatı aznews.aza təsdiqləyib.

Aynur Kərimova1970-cu ildə Sumqayıt şəhərində anadan olub.

1986-cı ildə orta məktəbi medalla bitirib.1986-1991-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1991-1994-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb. 1994-cü ildən Jurnalistika fakültəsi Televiziya və radio jurnalistikası kafedrasının müəllimidir. 2012-ci ildən Televiziya və radiojurnalistikası kafedrasının müdiridir.

2013-cü ildə BDU-nun Elmi Şurasının növbəti iclasında “İlin kafedra” müdiri” nominasiyasına layiq görülüb.

50 məqalənin, 2 kitabın müəllifidir.

Gununsesi.info