Yenidən təkanlar ola bilər - SEYSMOLOJİ MƏRKƏZDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 01 Avqust 2016 12:39

SEYSMOLOJİ

 

Azərbaycan ərazisində növbəti zəlzələnin olması istisna deyil.

Bu barədə Gununsesi.info-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Mərkəzdən verilən məlumata görə, bu gün səhər saatlarında İmişli rayonu ərazisində 5,6 maqnituda gücündə baş verən güclü yeraltı təkandan sonra, 4,1 maqnituda gücündə təkrara yeraltı təkan baş verib ki, bu da ətraf rayonlarda hiss olunub. “İlkin təkan güclü olduğundan onun ardınca ondan zəif təkanların olması təbiidir və biz bu nu istisna etmirik. “Bu təkanlar hiss oluna da bilər, olunmaya da. Güclü təkanlara gəldikdə isə bu barədə proqnoz vermək mükün deyil. Ancaq zəif təkanların olması gözləniləndir. Çünki güclü təkanlardan sonra adətən belə zəif təkanlar olur” –Mərkəzdən bidirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxin ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə və Göranboyda 5 bala kimi hiss olunub.

Mürtəza

Gununsesi.info