Yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirdi

  • By admin
  • 21 Avqust 2016 15:57

bcb720f2c78dde30aacc96a72728cb6b

Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Gununsesi.info-nun APA-nın Mil-Muğan bürosuna istinaden məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd  sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Gununsesi.info