Yetkinlik yaşına çatmayanlarla bağlı qanunvercilik dəyişdirilir

  • By admin
  • 15 Noyabr 2016 13:44

millimeclis-2015_40

Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 15-də  keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna 1.0.8-ci maddənin əlavə edilməsi müzakirə olunub.

Gununsesi.info məlumat verir ki, təklif edilən maddəyə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri – yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.

M. Bünyadlı

Gununsesi.info