Yevlax sakini bıçaqlanaraq öldürüldü

  • By admin
  • 13 Fevral 2023 21:24

Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu haqda Yevlax rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info