Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub

  • Müəllif: admin
  • 30 Mart 2018 09:47

Yevlax rayonunda yolu keçmək istəyərkən avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşib.

Gununsesi.info“Report”a istinadən xəbər verir ki, ölən piyada Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Cəlilov İbrahim Şamil oğludur.

O, yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman isə yolda dünyasını dəyişib.

Qeyd edək ki, ilk məlumatlarda ölən piyadanın tüfeyli həyat tərzi sürən şəxs olduğu bildirilsədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, “Shagman” markalı yük avtomobilinin sürücüsü olub. Hadisə isə onun maşınından düşərək dükana getmək istədiyi zaman baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info