Yığmamız ilk oyununu keçirib

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 17:43

fff
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, millimiz Litvanın Marijampole stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.
Millimiz növbəti oyununu oktyabrın 6-da, saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.

Anar
Gununsesi.info