Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqləndi

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 17:49

ilham_kamil

Ölkə Prezidenti İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında Fərman verib.

Gununsesi.info-nun məlumatına görə, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasənqərara alıram:

1. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilsin.

Gununsesi.info