Türkiyə Baş naziri Binəli Yıldırım CHP lideri Kamal Kılıçdaroğlunun Lozanna açıqlamasına sərt reaksiya verib.Gununsesi.info xəbər verir ki, Yıldırım Lozanna üzərindən siyasətin Kılıçdaroğluna heç nə qazandırmayacağını bildirib.
“Kılıçdaroğlu bu məsələdə ayrı bir mövqe sərgilədi”, – Yıldırım qeyd edib.
Qeyd edək ki, Ərdoğan Lozanna müqaviləsi ilə bağlı açıqlamasında “O masaya oturanlar Lozannanın haqqını vermədilər”, – bildirmişdi. Kılıçdaroğlu isə Ərdoğanın bu mövqeyini sərt tənqid etmişdi.
Gununsesi.info