Yol polisi narkotik qəbul edən sürücüləri yerindəcə test edəcək

  • By admin
  • 08 Sentyabr 2016 14:00
dyp-yeni
 
Yol polisi sürücülərin narkotik maddə qəbul edib-etməməsini yerindəcə  yoxlayacaq.
Gununsesi.info xəbər verir ki, bunu zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini, polkovnik  Etibar Əliyev deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda yol polisləri  yerindəcə sürücülərin narkotik maddə qəbul edib-etməməsini araşdıracaq. “Əgər yol polisi indiyədək sürücülərin alkoqol qəbul edib etməməsini yerindəcə test edirdilərsə, yaxın zamanlarda sürücülərin qaninda narkotik maddənin miqdarını da yerindəcə müəyyən edəcək. Artıq qanda narkotik maddənin qanda miqdarını müəyyən edən xüsusi aparatlar alınaraq respublikaya gətirilib və yaxın zamanlarda  bunun geniş tətbiqinə başlanacaq”- deyə, Etibar Əliyev deyib.
Mürtəza Bünyadlı 
Gununsesi.info