Yol polisinin cərimə meydançasında maşınımdakı pul yoxa çıxıb - GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR

  • By admin
  • 20 İyun 2018 11:34

Gəncə Şəhər sakini Məmmədov Elnur Qabil oğlu başına gələn olayla bağlı Gununses.info-nun elektron poçtuna müraciət edib.

Vətəndaş öz müraciətində  bildirir ki, iyun ayının 16-17-nı keçən gecə saat 01-30 iradələrində  özünə məxsus olan “WAZ-2114” markalı 20 DD 029 dövlət qeydiyyat nişanlı maşını ilə Samux rayonun Karayeri qəsəbəsindən Gəncə istiqamətində ailəsi ilə birlikdə gələrkən Samux rayon YPX-nə  məxsus olan 99 YP 612, 99 YP 611 nömrəli yol patrul xidmət maşınları tərəfindən saxlanılıb: “Özünü Anar adlı şəxs kimi  sonradan təqdim edən əməkdaş maşından məni düşürub Abbdulla adlı komandirin  yanına gətirdi. Komandir məni Samux rayon polis şöbəsinə gətirdi. Mən polisə də etiraf etdim ki, bir qədəh pivə içmişəm. Mənə məxsus olan maşınım cərimə meydançasına yerləşdirilərkən  qanuna müvafiq olaraq iştirakımla protokol tərtib edilməydi ancaq bunu da etməyiblər”.

Şikayətçi yazır ki, sonradan avtomobilində olan 1440 manat və ailəsinə məxsus qızı-zinət şəyaları yoxa çıxıb: “DİN-in “102” qaynara xəttinə də müraciət  etdim.  Sizin saytınız vasitəsi ilə Dİn rəhbərliyinə müraciət edirəm”.

Samux Rayon Yol Polisi Şöbəsinin mövqeyini öyrənmək cəhdimiz isə baş tutmadı. Şikayətlə əlaqədər onların da mövqeyini işıqlandırmağa hazırıq.
Ərşad İbrahimov

Gununsesi.info