Yol polisinin ölümcül döydüyü vətəndaş Zakir Qaralova üz tutdu -ŞİKAYƏTİM ARAŞDIRILMIR

  • By admin
  • 17 Avqust 2016 15:39

yol polisi

Yol polisi əməkdaşları tərəfindən döyülərək, ağır bədən xəsarətləri alan vətəndaş Ağayev Araz İmran oğlu Baş prokuror Zakir Qaralova şikayət edib.

Şikayətinin bir surətini Gununsesi.info-ya təqdim edən vətəndaş Baş prokurora üz tutmasına səbəb kimi  döyülməsi faktının polis orqanlarında araşdırılmaması və süründürməçiliklə üzləşməsini göstərib. Onun şikayət ərizsəini olduğu kimi təqdim edirik:

Hörmətli Baş Prokuror!

Məni sizə müraciət etməyə vadar edən səbəblər aşağıdakılardır:

01 may 2016-cı il tarixdə saat təxminən 06:30 radələrində mən idarə etdiyim “İnifiniti-Nissan” markalı 10 0E093 dövlət nişan nömrəli avtomaşınla, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən, AR Təhsil Nazirliyinin yanından keçərkən, BMV markalı 99 YP 266 dövlət nişan nöməli avtomaşını idarə edən DYP əməkdaşları tərəfindən idarə etdiyim avtomaşının saxlanılması barədə əmrə tabe olaraq avtomaşını saxladım. Özünü təqdim etməyən DYP əməkdaşı mənə bildirdi ki, sənin sərxoş olub- olmamağınızı yoxlamalıyıq. Mən tabe olub, onların təqdim etdikləri aparata üfürdüm. Sərxoş olmadığım məlum olduqdan sonra DYP əməkdaşları mənə “ola bilsin ki, bizim aparat səhv işləyir” deyərək, tələb etdilər ki, hansısa poliklinikada təkrar sərxoşluq dərəcəmi yoxlamaq üçün maşınımı onların arxasınca sürüm. Mən idarə etdiyim avtomaşını onların arxasınca sürməyə başladım. Keçmiş “Cpartak” stadionunun yanında mən onları itirdim. Fikirləşdim ki, əgər mənim sərxoş olmağım barədə onlarda şübhə varsa, avtomaşını sürməyi niyə mənə ehtibar edirlər? Bu səbəbdən avtomaşını Tiflis prospekti ilə sürüb gedərkən, Həsən Əliyev küçəsində həmin DYP əməkdaşları məni saxladılar. Mən avtomaşını saxlayıb düşdükdə onlardan biri üstümə hücum çəkib “qarşımdan qaçanın anasını ağlar qoyaram” deyib məni vurmağa başladı. Mən üstümə polis əməkdaşları deyil, forma geyinmiş cinayətkarların hücum etdiklərini zənn edərək qaçmağa başladım. Lakin onlardan biri avtomaşını üstümə sürərək məni vurdu və mən yerə yıxıldıqdan sonra, məni vəhşicəsinə döyməyə başladılar. Sonra məni maşına mindirib apararkən, yolda huşumu itirdim. Ayıldıqda özümü A.Mirqasımov adına Respubilka Klinik Xəstəxanasının Travmatoloğiya şöbəsinin Reanimasiya otağında gördüm. Hazırda orada müalicə alıram.

Qeyd edim ki, baş vermiş bu hadisəylə əlaqədar olaraq cəmi bir dəfə Yasamal RYİ-nin Təhqiqat şöbəsinin təhqiqatcısı Rəcəb Aslanov məndən izahat almış və sonradan işi ərazi adiyyatı üzrə Nəsimi RPİ-nə göndərəcəyini bildirmişdir.Onu da əlavə edim ki, məndən izahat alındığı gündən bu günə qədər hadisəylə bağlı maraqlanan olmamışdır. Artıq məndə belə inam yaranmışdır ki, kimlərsə bilərəkdən bu cinayəti ört basdır etmək istəyirlər.

Mənim işimə obyektiv baxılması üçün bu işi şəxsən öz nəzarətinizdə saxlamağı, iş üzrə prokrorluq tərəfindən araşdırma aparılmasına dair sərəncam vermənizi xahiş edirəm.

shik

Araz Ağayev redaksiyamıza təqdim etdiyi sənədlər arasında  Azərbaycan Respubilkası Səhiyyə NazirliyiAkademik M. Ə Mirqasımov adına Respubilka Klinik Xəstaxanası tərəfindən verilmiş məktub da var. Həmin məktubda bildirilir ki, AğayevAraz İmran oğlu, 01.05.2016 tarixdə TTYS-nın həkim briqadası tərəfindən RKX-na gətirilmişdir. Xəstə müayinə olunmuş “Döşqəfəsinin sol yarasının küttravması, yumşaq toxmaların əzilməsi, sol bud-çanaq oynağı, qasıqüküşü nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ əlin ovuc səthinin sıyrılmış, əzilmiş yarası” diaqnozu qoyulmuşdur.

sh1

Araz Ağayev Gununsesi.info-nun əməkdaşına onu da bildirib ki, onu döyən YPX əməkdaşları 90YP 266 dövlət nömrə nişanlı avtomobildə olub: “Şikayətimi müxtləlif rayonlara ötürə-ötürə gedirlər. Gedirəm, deyirlər, filan rayona göndərildi. Həmin rayona gedirəm, başqa bir rayon adı göstərirlər. Nəsimidən tutumuş Yasamala qədər hər yeri gəzdiriblər. İndi deyirlər, Nərimanovdadır. Nərimanov rayonundan isə xəbər yoxdur”.

Məsələ ilə bağlı BDYPİ-nin də mövqeyini işıqlandırmağa hazırıq.

Mövzuya qayıdacağıq.

Türkel