Yollarda qəza törədənlər əsasən gənc avtobus sürücüləridir - Elmira Axundova

  • By admin
  • 30 Sentyabr 2016 16:51
qeza
Yollardə genosid törədənlər  yaşlı yox, gənc avtobus sürücüləridir.
Gununsesi.info xəbər verir ki, bu fikri Elmira Axundova “Yol hərəkəti haqqında” qanuna dəyişiklik  məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanuna dəyişiklik zamanı bir sıra ciddi məsələlər  ortaya çıxır ki, bu da əsasən yaşı 65-dən artıq olan insanlarla bağlıdır: “Hesab edirəm ki,  bu düzgün yanaşma deyil. Elə insan var ki, 65 yaşı olsa da, sağlam və gümrahdır. Çox-çox gəncdən təcrübəlidir. Bu gün yollarda ildə 2-3 min insanın ölümünə səbə olan və bu genosidi törədənlər  yaşlı sürücülər deyil, gənc avtobus sürücülərdir. Ona görə də yaşlı sürücülərə yox demək əsl faciədir. Bu sullara cavab verilməlidir”.
Mürtəza
Gununsesi.info