
Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Amerika Birləşmiş Ştatlarının (ABŞ) PKK-nın Suriyadakı qolu olan Kürdlərin Xalq Müdafiəsi Bölmələrinə (YPG) silah yardımı göstərməsinə sərt şəkildə reaksiya verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirinin müavini YPG Terror Təşkilatına silah yardımı göstərməsinin qəbul edilmədiyini mətbuata açıqlamasında bildirib:
“Belə bir siyasətin bir kimsəyə faydası olmaz. Bu səhvin düzəldilməsini səbirsizliklə gözləyirik” -, deyə N.Canikli əlavə edib.
Anar
Gununsesi.info












