Yük maşını yük maşınını aşırdı - FOTOLAR

  • By admin
  • 08 Avqust 2016 10:55

lerik

 

Lerikdə yük avtomobilinin yolun kənarında qalan digər yük maşınına çırpılmasl sonuncunun aşmasına səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, aşan yük avtomobilinin oksigen və propan balonlarının olduğu anbara düşməsi,ətrafda təhlükəli vəziyyətin yaranmasına səbəb olub.

Hadisə rayonunun Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, “Sacman” markalı, yük maşını yolun kənarında  nasazlıq səbəbindən saxlanılan  Dongfeng  markalı, yük maşınına toqquşub. Nəticədə  Dongfeng markalı yük avtomobili  içərisində oksigen və propan balonlarının olduğu anbarın üstünə aşıb. Anbarda saxlanılan qaz balonlarından birinin sızması nəticəsində ərazidə təhlükəli vəziyyət yaranıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza şəraiti qiymətləndirilməklə, təhlükəsizliyin təmin olunması məqsədilə anbarda olan balonlar kənarlaşdırılıb, maşınların oradan uzaqlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.Qəza zamanı həmçinin, “Sacman” markalı yük maşınının sürücüsünün oturduğu kabinə də ciddi deformasiyaya uğrayıb. Onun taleyi  hərhansı bir məlumat yoxdur.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qəzanın dəqiqiq səbəbləri araşdırmadan sonra məlum olacaq.

 

lerik-1

lerik-2

 

Gununsesi.info