Yükdaşımalar bahalaşıb

  • By admin
  • 13 İyul 2017 13:06

189b8a3b-f431-4183-8943-43cbb364d63d

2017-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri  0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz ucuzlaşlb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1 faiz bahalaşıb.

Qazın nəqllunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma, hava nəqliyyatında ölkələrarası yükdaşıma və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Vüsalə 

Gununsesi.info