Yunun dövlət televiziyası yayımını Türkcə açdı – Acılara şərik oldular / VİDEO

  • By admin
  • 08 Fevral 2023 16:15

Yunanıstanın dövlət televiziyası “ERT” Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı yayım edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qəhrəmanmaraşda yaşanan zəlzələdən sonra Türkiyəyə yardım göndərən ilk ölkələrdən olan Yunanıstan televiziyası faciəyi göstərən duyğulu bir türk mahnısı ilə yayımına başlayıb.

Televiziyanın bu addımı Türkiyədə yüz minlərlə insan tərəfindən izlənilib. Faciə görüntüləri ilə yanaşı, arxa planda Kazım Koyuncunun “Ben seni sevduğumi” parçası çalınıb. Həmin anlarda yunan aparıcıların hüzünlü halları diqqətləri çəkib.

Yeri gəlmişkən, zəlzələnn ilk anından dərhal sonra Türkiyəyə yardım göndərən ilk ölkələrdən olan Yunanıstanın Baş naziri Kiriakos Miçotakiç özünün sosial media hesabından Türkçə paylaşıım edib:

“İçimizi acılarla dolduran görüntüləri, bizi ümidlə dolduran görüntüləri təqib edir. Xilasedicilərin insanlıq üstü cəhdlərinə hörmətlə yanaşırıq. Yunanlar və türklər yan-yana həyat qurtarmaq üçün birlikdə savaşırlar. Etdikləri üçün onlara minnətdarıq”

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info