“Zəhranın ölümü təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir” - ƏLİ MƏSİMLİ YAZIR

  • By admin
  • 06 İyul 2017 20:32

Ali Masimli

2 YAŞLI MƏSUM BİR QIZIN-ZƏHRANIN QƏTLİ TƏKCƏ AZƏRBAYCAN ÜÇÜN YOX, BƏŞƏRİYYƏT,İNSANLIQ ÜÇÜN FƏCİƏDİR!…

2 YAŞLI BİR KÖRPƏNİN QƏTLİNDƏN BÖYÜK CİNAYƏT YOX!!!

BEYNƏLXALQ İCTİMAİYYƏT BELƏ DƏHŞƏTLİ CİNAYƏTLƏRƏ BİGANƏLİK GÖSTƏRMƏMƏLİDİR! ANA,UŞAQ,NƏNƏ QATİLLƏRİ CƏZASIZ QALMAMAMALIDIR!!!

Azərbaycan dövləti və xalqı, tariximizdə dəfələrlə təkrarlanan faciəvi olayların davamı kimi, yenidən iyirmi beş ildən artıqdır ki, məlum dövlətlərin məkrli siyasətinin tərkib hissəsi kimi, Ermənistana göstərilən havadarlıq nəticəsində erməni işğalından və vandalizmindən əziyyət çəkir. Özünü məzlum göstərib,sonradan “qalibin yanında başkəsən” funksiyasını yerinə yetirən erməni vandalları mənz öz havadarlarına arxayın olaraq “APREL DÖYÜŞLƏRİNDƏN” nəticə çıxarmayıb, yaşlı, qadın, uşaq bilmədən, yenidən dinc əhalini hədəfə almaqdan, mülki əhaliyə qarşı qətlam törətməkdən belə utanmırlar!

Təəssüf ki, 25 ildən artıqdır ki, beynəlxalq itimaiyyət bu erməni vandalizminə biganədir, beynəlxalq təşkilatlar isə daha çox susurmağa və mənasız açıqlamlar verməyə üstünlük verirlər. Ermənistan ordusu Füzulidə mülki qadın və uşaqların qətliamı ilə bir daha insanlığa qarşı növbəti cinayətini ortaya qoydu. 2 yaşlı məsum bir qızın- Zəhranın ölümü təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir. Bu 2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıdıb.

Bu faciənin təkrarlanmaması üçün hər kəs əlindən gələni etməlidir. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlaar müraciətlər intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə qalmamalıdır. Avropa Şurası, ATƏT PA və digər strukturlar bu insidentlə bağlı səssiz qalmamalı və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün zəruri addımlar atmalıdır.ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox,təcavüzkarla işğala məruz qalanı fərqləndirməklə problemin həllinin sürətləndirilmsinə yönəldilməlidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması barədəki məlum 4 Qətnamə və qərarları işə düşməlidir.
Uşaq,ana,nənə qatilləti cəzasız qalmamalı, öz layiqlı cəzalarına çatmalıdırlar!!!

Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır.  Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz vətəndaşlarının təhlükəsizliini təmin etməkdən ötrü Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirilib bizim mülki şəxslər üçün təhlükə yaradan bütün təhlükə nöqtələrini məhv etməlidir!!!

Dağlıq Qarabağ münaqişəsi ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır.Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməli və Azərbaycan torpaqlarındakı erməni vəhşiliklərinə birdəfəlik son qoyulmalıdr!

Ermənistanın silahlı qüvvələrinin öz xislətlərinə tamamilə uyğun gələn atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətləndiyimi bildirir,bu vandalizmi pisləyir və həlak olmuş şəxslərin Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı verirəm!

Əli Məsimli, 

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri 

Gununsesi.info