Zəlzələ bölgəsində telefon və internet xidmətləri bərpa olunur

  • By admin
  • 06 Fevral 2023 09:27

Türkiyənin cənub-şərqində baş verən zəlzələ səbəbindən bölgədə internet və telefon xidmətinin göstərilməsini təmin edən zəruri infrastruktur zərər görüb.

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə bu xidmətlərin istifadəsi mümkün olmayıb.

Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi operatorların imkanlarının tezliklə artırılacağını və telefon, eləcə də internet xidmətlərinin bərpa olunacağını açıqlayıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Gununsesi.info