Zəlzələdə ölənlərin sayı 15 minə çatır -YENİLƏNİB

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.

***

Zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib.

***

Türkiyədə həlak olanların sayı 14 351 nəfərə yüksəlib.

Gununsesi.info