Zərdabda minik avtomobili su kanalına düşüb

  • By admin
  • 16 Mart 2018 21:10


Zərdab rayonunda yol qəzası baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində, H.Zərdabi adına parkın yanından keçən biristiqamətli yolda qeydə alınıb.

Belə ki, rayon sakini Bəhruz Qocayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətsiz vəziyyətdə olan rayon sakini Ceyhun Abdullayevə məxsus “Hyundai” markalı maşını vurub. “Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb və nəticədə avtomobilə 7 000 manat zərər dəydiyi müəyyən olunub. Hadisəni törədən B.Qocayevin qəza zamanı içkili olduğu bildirilir. Nəticədə onun maşınını sığortaladığı şirkət, hətta digər sürücü zərərçəkənin tələblərini yerinə yetirməkdən imtina edir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info