Zərdabda yol qəzası bir nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 01 Avqust 2016 21:36

yol-1

 

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən  xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus “Qazel” markalı maşın toqquşub.

Nəticədə VAZ markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol, 1 saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

 

yol-2

Gununsesi.info