Zabratda bu yoldan keçmək mümkün deyil

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 13:54

Jurnalist Turan Etibaroğlu yaşadığı ərazidə yolun bərbad halda olmasından şikayətlənib.

Belə ki, Sabunçu rayon Zabrat qəsəbəsində sakinlərin gediş-gəlişinə maneə törədən yol ilə bağlı tədbir görülmür.

Həmin ərazi insanların davamlı istifadə etdiyi yoldur, Zabrat 1 Dəmiryolu dayanacağına gedən yol kimi tanınır.

Gununsesi.info-ya göndərdiyi materialda qeyd edilib ki, artıq bir neçə gündür, keçdiyimiz yol deyil, sanki sınaq meydanıdır:

“Valideynlər, yaşlılar, qadınlar, kişilər, uşaqlar boruların üzərindən kəndirbaz kimi keçməyə məcbur qalır. Bu vəziyyəti görüb susmaq olmur. Nə edək, necə edək? İnsanlar niyə belə əziyyət çəkməlidir? Gərək kimsə yıxılsın, bədbəxt hadisə baş versin, sonra?”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info