Zahid Oruc sənədlərini MSK-ya təqdim edib

  • Müəllif: admin
  • 12 Fevral 2018 13:20
Millət vəkili Zahid Oruc Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb olunan sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə Gununsesi.info-ya deputatın özü məlumat verib. 
Onun sözlərinə görə, namizədliyin qeydə alınması ilə bağlı lazım olan digər sənədlər də MSK-ya təqdim ediləcək və  yaxın gülərdə MSK müraciətimlə  bağlı məsələyə baxıb müvafiq qərar verəcək.
“Ondan sonra növbəti mərhələyə start verəcəyik. İmza toplama kampaniyası, namizdəliyi rəsmi qeydə alınması  mərhəlsinə çalışacağıq. Hazırda isə texniki məsələlərlə məşğuluq”- deyə, Z. Oruc bildirib.
Qeyd edək ki, Z. Oruc prezidentliyə namizədliyini müstəqil qaydada  irəli sürüb.
Deputat seçkiyə qatılmaqla bağlı mövqeyini belə şərh edib: “Mən sadə bir ailənin övladıyam. Heç bir partiya mənsubiyyətinə malik deyiləm.Ölkəmizdə milyonlara insan partiyalı vəsiqə daşımır. Əgər zəhmətkeş bir ailənin təmsilçisi prezidentliyə namizəd ola bilirsə, deməli, Ulu öndər Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir. Mənə görə ən böyük sərvət insanların arzusudur. Vaxtilə böyük ideallarla yaşayan sadə amerikalılar kimi bizim də arzularımız var. Baxın, ölkəmizdə müstəqllik illərində doğulan nəslin artıq 27 yaşı var və onlar artıq yetkinləşir, həyatda öz uğurlu yerlərini tutmağa çalışırlar. Prezident seçkilərində bizim əsas hədəf qrupumuz onlar olacaqdır. Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır. Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq”.
 Z. Oruc onu da əlavə edib ki, digər addımlar barədə  mətbuata və ictimaiyyətə mütəmadi məlumatlar veriləcək.
Mürtəza
Gununsesi.info