Zakir Həsənov həmsədrlərlə görüşüb

  • By admin
  • 19 İyun 2017 13:13

086976fd13b34473922f019edf1ec445

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefani Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Gununsesi.info