Zakir Həsənov Belarusa gedir

  • By admin
  • 25 Sentyabr 2017 17:54

hasanov_ahranovich_250917

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Müdafiə Nazirliyindən Gununsesi.info verilən məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin yaxın vaxtlarda Azərbaycan müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.

Gununsesi.info