Zakir Həsənov Nəciməddin Sadıqovun yaxınına yüksək vəzifə verdi

  • By admin
  • 30 Dekabr 2021 18:17

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

“Nəcməddin Sadıqovun sürücüsü ilə quda olduqdan sonra ildırım sürətilə general-mayor rütbəsinə yüksəlmiş Qədir Nəsibov Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.

Təhlükəsizlik məsələləri üzrə Ərəstun Oruclu  isə bunu biyabırcı  hal adlanıraraq deyib:“Müdafiə Nazirliyində “islahatlar” davam edir..

Gununsesi.info