
İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.
Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.
Gununsesi.info












