Zakir Həsənov Kaspşiklə cəbhədəki vəziyyəti müzakirə etdi

  • Müəllif: admin
  • 19 Dekabr 2017 15:56

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

MN-dən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Gununsesi.info