Zakir Qaralovun əməliyyat muşavirəsində maraqlı faktlar açıqlandı - PROKURORLUQDA TƏMİZLƏMƏLƏR APARILIB

  • By admin
  • 30 İyul 2016 16:50

Prokurorlug_030812

Bu gün Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, kollegiyada bildirilib ki,  bu ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 6 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər tutduğu vəzifədən azad olunub.

Belə ki, xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol vermiş Səbail rayon prokurorluğunun müstəntiqi Vüsal Kazımov, İmişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev, Xaçmaz rayon prokurorunun köməkçisi Tural Allahverdi və Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov prokurorluq orqanlarından xaric ediliblər.