Zaqatalada yük avtomobili yanıb

  • Müəllif: admin
  • 30 Aprel 2018 20:51


Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Qımır kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun 6 ədəd arxa təkərləri və 2 m2 sahədə çadır örtüyü yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info