Zelenski: “Ukraynalılar qul olmayıblar və heç vaxt da olmayacaqlar” – VİDEO

  • By admin
  • 13 Mart 2022 19:44

Ukrayna prezidenti Volodimir Zelenski xəstəxanada yaralı döyüşçüləri ziyarət edib.

O, müvafiq görüntüləri “Instagram”da paylaşıb.

“Mən Ukrayna Silahlı Qüvvələri ilə hədsiz qürur duyuram. Müdafiəçilərimiz sayəsində ukraynalılar qul olmayıblar və heç vaxt da olmayacaqlar”, – deyə dövlət başçısı qeyd edib.

Gununsesi.info