Zidandan Messi açıqlaması

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Barselona”dan ayrılacağı xəbərləri yayılan Lionel Messi haqda danışıb.

Gununsesi.org İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis bununla bağlı deyib: “Nələr olacağını bilmirik, amma onun ayrılmayacağına ümid edirik. Çünki Messi La Liqadadır və biz çempionat üçün ən yaxşısını istəyirik”.

Qeyd edək ki, “Cadena SER” Messinin gələn yay Kataloniya təmsilçisini tərk etməyi düşündüyü barədə xəbər yayıb.

Gununsesi.org