“Zirə” qələbə qazandı, 2-ci pilləyə yüksəldi

  • By admin
  • 20 Noyabr 2021 18:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.

Gununsesi.info xəbər verir ki, ikinci oyun gününün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 19-a çatdıran “Zirə” 2-ci pilləyə yüksəlib. 9 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.

Günün ikinci oyununda “Neftçi” “Bakcell Arena”da “Sabah”la qarşılaşacaq.

Gununsesi.info