Ziyad Səmədzadə qızına görə Prezidentə minnətdarlıq etdi

  • By admin
  • 27 May 2018 18:01

“Bir ata, bir valideyn kimi qızımın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  “Xalq artisti” fəxri adına layiq görülməsinə görə çox sevinirəm. Həddindən artıq sevincliyəm, qürurluyam. Belə bir nəcib addımına görə ölkə Prezidentinə də öz adımdan, ailəmin, qızımın adından dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm”.

Gununsesi.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qızı-tanınmış bəstəkar Aygün Səmədzadənin ölkə Prezidenti İlham Əliyev tərəfindən  “Xalq artisti” fəxri adına layiq görülməsinə münasibətini bildirərkən deyib.
Qeyd edək ki, A.Səmədzadə Z.Səmədzadənin qızıdır.
Z.Səmədzadə qızı ilə yanaşı, onlarla digər sənətçinin fəxri adlara məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illik yubleyi ərəfəsində layiq görülməsinin ikiqat sevincli və əlamətdar olduğunu da sözlərinə əlavə edib.
“Qızım olduğu üçün demirəm, Aygünün yaradıcılığı çox zəngindir. Bu sənətdə çox əziyyətlər çəkib. Birinci sinfidən ta ki təhsilin digər pillələrinə qədər daim yüksəkliyə, zirvəyə doğru addımlayıb. Çox istedadlıdır, çox dəyəli bəstəkar-alimdir. Azərbaycan xalqı, Azərbaycan dinləyiciləri onun mahnılarını, əsərlərini daim böyük maraqla və həvəslə dinləyib. Mahnıları dillər əzbəridir.
Odur ki, onun zəhmətini, əməyini qiymətləndirdiyi üçün ölkə Prezidentinə sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi daim Azərbaycan mədəniyyətinə hər zaman böyük diqqət və qayğı göstərib. Buna görə də Azərbaycan dövlətinə və Azərbaycan rəhbərliyinə təşəkkür edirəm.
Eyni zamanda, bu gün Aygünlə yanaşı, onlarla digər çox dəyərli sənətçi də yüksək fəxri adlara layiiq görüldü. Onları da təbrik edirəm. Özü də çox əlamətdar və sevindirici haldır ki, bu adlar  Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycan dövlətinin yüz illik yubileyi günlərində verildi. Bunun özü də çox böyük məna daşıyır”.
Gununsesi.info