Ziyad Səmədzadədən MTN generalına cavab

  • By admin
  • 04 Mart 2022 12:52

Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum.

Bunu“Unikal”a açıqlamasında deputat Ziyad Səmədzadə deyib.

O, bildirib ki, İbrahim Zeynalova dəstək olmayıb.

“Deyirlər ki, iş birliyi var idi, sonra qırıldı. Hansı iş birliyindən danışırsan? Gəlsin desin ki, 3,5 milyon manat hansı bankdan götürülüb? Sonra deyirlər ki, 8 milyon Ziyad Səmədzadəyə çatıb. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq atası Əhməd Mahmudovla münasibətim olub”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Qeyd edək ki, Ziyad Səmədzadənin bu sözləri qeyri səmimidir , çünki Ziyad Səmədzadə dəfələrlə Eldar Mahmudovla birgə tədbirlərdə olub. Onun atası haqqında çoxsayılı kitablar dərc edib. Həmin kitabların təqdimat mərasimində Eldar Mahmudovla yanyana oturub. Hətta onların birgə biznesinin olması barədə də məlumatlar var

Gununsesi.info