Zümrüd Yağmurun romanının satışına qadaga qoyuldu

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 20:44

zumrud

“Ölkə adı:22″ romanının satışına qadağa qoyulub”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist Zümrüd Yağmur öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, bir necə gün əvvəl bir oxucu ona müraciət edərək, əsəri necə əldə edə biləcəyini soruşub.

“Ona hansı kitab dükanlarından əldə edə biləcəyini söylədim.

Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o, bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib. Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb”- deyə, qeyd edən yazar bildirib ki, bu, əslində çox gecikmiş addımdır.
“Ölkə adı:22″əsəri onsuz da satılıb, əldə qalan az sayda nüsxə də yəqin ki bir şəkildə öz oxucusu ilə görüşəcək…”-deyə, o, daha sonra qeyd edib.

zumrudyagmur-yenikitab

Gununsesi.info