“Alpinistlərin tapılmaması FHN-nin bacarıqsızlığıdır” - QEYRİ-PEŞƏKARDIRLAR

  • By admin
  • 21 Fevral 2018 10:30
“İtkin düşən alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burda baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı”.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova deyib. Alpinistlərin bu günə qədər tapılmamasının səbəbindən danışan İsmixanova hesab edir ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər: “Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər. Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orda olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar”.
Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Bu günə qədər onlarla bağlı heç bir iz tapılmayıb.
Gununsesi.info