Rusiya NATO-nu izləmək üçün buna da əl atdı

Rusiya prezidenti Vladimir Putinə yaxın adamlar Norveç və İsveçdəki hərbi bazaların yaxınlığında evlər alırlar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Norveç kəşfiyyat agentliyi və NATO məlumat verib.

 

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinə yaxın olan oliqarxlar və siyasətçilər təlimlər və hərbi hazırlıqlar öncəsi ailələri ilə birlikdə Norveç və İsveçə gedərək təlim zamanı yaxınlıqdakı binalarda qalırlar. Norveçin daxili kəşfiyyat bölməsi PST-nin hesabatında, NATO-nun bu yaxınlarda Norveçdə baş tutan “Sabit Müdafiəçi 24” təlimi zamanı iki rusiyalı siyasətçinin hərbi bölgəyə yaxın şəxsi iqamətgahlarında qaldığı və təlimi müşahidə etdiyi iddia edilib.

Bildirilir ki, Finlandiya və İsveç NATO-ya üzv qəbul edildikdən sonra bütün Skandinaviya regionu alyansın təbii üzvlərinə çevrilib. Üzvlük prosesi başa çatdıqdan sonra ABŞ həm Norveçdə, həm də İsveçdə iki hava bazasının tikintisinə başlayıb.

 

Hər iki ölkənin şimalında hərbi dəniz bazalarının tikintisi üçün lazımi büdcə və hazırlıq təklifi prezident Bayden tərəfindən Amerika Konqresinə təqdim edilib. ABŞ-ın başçılıq etdiyi Skandinaviya üzv ölkələri ötən ay biri Norveçdə, digəri isə İsveçdə olmaqla iki irimiqyaslı hərbi təlim keçirib.

 

Məlumatda bildirilir ki, PST agentləri bir müddətdir Rusiyanın Murmansk şəhərinin meri İqor Morar və həm Putinə, həm də Rusiya ordusuna yaxın olan rusiyalı siyasətçi Viktor Sayginin evlərini müşahidə ediblər.

 

Agentlərin verdiyi məlumata görə, hər iki şəxs hündürmərtəbəli binalar alıb.

“Bardufoss” aviabazasındakı bütün fəaliyyətləri bu binaların yuxarı mərtəbələrindən izləmək çox rahatdır.

Xatırladaq ki, “Bardufoss” aviabazası ABŞ-ın Skandinaviya ölkələrinin hərbi hava qüvvələrinin kadrlarını hazırladığı hərbi baza kimi tanınır.

 

Eyni zamanda Rusiyanın 2024-cü ildə mümkün kəşfiyyat fəaliyyətləri ilə bağlı proqnozlari lə bağlı məlumatlar NATO-nun hesabatında yer alıb.

Hesablamalara görə, Rusiya torpaq, ev almaq, sərmayə qoymaq və ya birjaya girmək kimi hərbi-kəşfiyyat fəaliyyətlərini ört-basdır etmək üçün mülki əhalidən istifadə edərək  NATO-ya üzv ölkələrə sızmağı planlaşdırır.

 

 

 

 

Şəbnəm

Gununsesi.info