“AXC Azərbaycan xalqına, onun tarixinə aiddir” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 17 Noyabr 2017 12:55

Azərbaycan öz dirçəlişi yolunda xeyli mübarizə aparıb. Müstəqilliyimizin qorunub saxlanılması ümumilli liderin adı ilə bağlıdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti AXC-nin 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam verib: “Lakin bəzi partiyalar buna maneə törətməyə, öz adlarına çıxarmağa çalışırlar. AXC Azərbaycan xalqına, onun tarixinə aiddir. Bu günkü Müsavatla AXC dövründəki Müsavat tamamilə fərqlidir. Ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.

Mürtəza

Gununsesi.info