Daha bir şəhidin fotosu YAYILDI

  • By admin
  • 27 Fevral 2017 18:05

SEHİD

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə kollecin direktor müavini məlumat yayıb. O bildirib ki, Zakirin 21 yaşı olub: “O, kollecdə “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisası üzrə təhsil alıb və 2014-2015-ci tədris ilində Kollecimizi müvəffəqiyyətlə başa vurub”.

 

 

 

Daha bir şəhidin fotosu -  21 yaşı var idi...

Gununsesi.info