Dini materialların qanunsuz yayılmasının qarşısı alınıb

  • By admin
  • 28 Aprel 2017 13:16

din

Gəncə şəhərində yerləşən dini vəsaitlər satan mağazadan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan dini təyinatlı ədəbiyyat və CD disklər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) RPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib.

Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədədbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. K.Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Anar
Gununsesi.info