Hacı İbrahim qoyun biznesindən danışdı - "BUNUN NƏYİ PİSDİR Kİ?"

  • By admin
  • 23 Oktyabr 2017 17:32
haci
Sosial şəbəkələrdə “Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli tikinti sektorundan ayrıldığını və kənd təsərrüafatı sektorunda işə başladığı barədə məlumatlar yayılıb.
Bildirilir ki, Hacı İbrahim Nehrəmli İmişlidə böyük fermer təsərrüfatı qurub və burada qiyməti 250 manatdan başlayan 300-dən artıq qoyun saxlatdırır.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı unikal.org-un əməkdaşı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. O, məsələyə belə aydınlıq gətirib:
“O, qoyunlar mənə məxsus deyil. Bacanağımın oğluna məxsusdur. Qohum əqrəbada kim nə iş görürsə, yazırlar mənim üstümə. İmkan vermirlər ki, yaşayaq. Əslində, qoyun təsərкüfatı ilə məşğul olmağım bir sahibkar kimi yaxşı olardı. Bunun nəyi pisdir ki? Amma hazırda qoyun saxlamıram. Olsaydı təbii ki, deyərdim”.
Gununsesi.info