İşlər hakimlər arasında avtomatik bölünəcək  -Məhkəmə sistemində yenilik

  • By admin
  • 25 Oktyabr 2016 23:05

mehkeme

 

Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, bu prosedur Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014 -cü il tarixli sərəncamına uyğun olaraq aparılır.

Xatırladaq ki, bundan əvvəl işlərin hakimlərin arasında bölüşdürülməsi məhkəmə sədri tərəfindən həyata keçilirdi.

Gununsesi.info