Millət vəkilindən qanun layihəsinə etiraz - "BU DEPUTATLARA QARŞI HÖRMƏTSİZLİKDİR”

  • By admin
  • 20 Oktyabr 2017 13:40

elmira

Azərbaycanda yeni medal təsis olunub. 

Gununsesi.info xəbər verir ki, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏIi Hüseynli məlumat verib.

Deputat Elmira Axundova bildirib ki, yeni medal təsis olunanda onun təsviri deputatlara aydın şəkildə göndərilməlidir: “Ancaq  bu medal bizə aydın şəkildə göndərilməyib. Hesab edirəm ki, bu deputatlara qarşı hörmətsizlikdir”.

Milli Məclisin sədri Oqtay Əsədov E.Axundovanın bu mövqeyinə reaksiya verərək bildirib ki, yeni medal olarsa, dizaynını E.Axundova verər.
Mürtəza

Gununsesi.info