Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

  • By admin
  • 16 Yanvar 2018 16:50

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var”.

Gununsesi.info xəbər verir ki, bunu apa-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: “Məsələn, orfoqrafiya lüğətinin son nəşrində “qarğamaq” və “qarğımaq” sözləri yazılıb. Düzgün variant təbii ki, “qarğımaq”dır”.

M. Nağısoylu qeyd edib ki,  2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.

O, lüğətdən çıxarılacaq sözlərin sayının arta biləcəyini də deyib.

Gununsesi.info