Qar yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

  • By admin
  • 20 Noyabr 2017 13:18

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Gununsesi.info-ya bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından  başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Gununsesi.info