Rüfər Səfərovun apellyasiya məhkəməsinin vaxtı bəlli oldu

  • By admin
  • 25 Oktyabr 2016 17:45

rufet

Rüfət Səfərovun cinayət işi üzrə  verilmiş apellyasiya şikayətinə məhkəmənin ilkin baxış iclası  Şirvan Apellyasiya Məhkəməsində oktyabrın 31-i, saat 10:35-ə təyin olunub.

Bu barədə Gununsesi.info-ya R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə,  prosesə hakim Ələsgər Novruzov sədrlik edəcək.

Qeyd edək ki,  sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov9 il azadlıqdan məhrum edilib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Gülnaz Qənbərli

Gununsesi.info